İens Stoltenberq – NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın baş naziri ilə görüşdüm, NATO Gürcüstanın Avro-Atlantik istəklərini tam dəstəkləyir

18:39, 18.05.2022

Mən NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşdüm, – bu barədə NATO-nun baş katibi İens Stoltenberq “Twitter” sosial şəbəkəsində yazıb.

İens Stoltenberqin sözlərinə görə, NATO Gürcüstanın Avro-Atlantik istəklərini tam dəstəkləyir.

“Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsindən danışdıq. NATO bütün xalqların suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, o cümlədən Gürcüstanın Avro-Atlantik istəklərini tam dəstəkləyir”, – İens Stoltenberq yazıb.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə işgüzar səfəri çərçivəsində bu gün öz iqamətgahında NATO-nun baş katibi İens Stoltenberq ilə görüşüb.

Oxşar