İens Stoltenberq – Gürcüstanın yeni xarici işlər naziri ilə görüşü səbirsizliklə gözləyirəm, Gürcüstan NATO üçün mühüm tərəfdaşdır

17:44, 05.04.2022

“Mən Gürcüstanın yeni xarici işlər naziri ilə görüşü səbirsizliklə gözləyirəm. Biz həmişə dəyərli tərəfdaşımız Gürcüstanla NATO-nun digər toplantılarında görüşməyi səbirsizliklə gözləyirik”, – NATO-nun baş katibi İens Stoltenberq bildirib.

Stoltenberqin qeyd etdiyi kimi, Gürcüstan NATO üçün mühüm tərəfdaşdır.

“Gəlin görək, xarici işlər nazirləri Gürcüstana dəstəyini necə gücləndirə biləcəklər. Gürcüstan üçün bu, maarifləndirmə, təhlükəsiz kommunikasiyalar, davamlılıq və kiber sahələr də daxil olmaqla, hazırkı əsaslı NATO-Gürcüstan paketinin gücləndirilməsini əhatə edə bilər. Biz həmçinin Gürcüstanı dəstəkləyə, onun kiber imkanlarını inkişaf etdirə və NATO-nun Gürcüstandakı Əlaqə Bürosu üçün əlavə heyət təmin edə bilərik. “Bunlar cümə axşamı nazirlərin görüşü keçirildiyi zaman atılacaq konkret addımlardır”, – Stoltenberq bildirib.

Oxşar