"IDS Borjomi" şirkəti "Bakuriani Tsida" ilə bağlı sosial şəbəkədə yayılan məlumatla əlaqədar bəyanat yayır
"IDS Borjomi" şirkəti "Bakuriani Tsida" ilə bağlı sosial şəbəkədə yayılan məlumatla əlaqədar bəyanat yayır

 
“IDS Borjomi Georgia” şirkəti “Bakuriani Tsida” ilə bağlı sosial şəbəkədə yayılan məlumatla əlaqədar bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, nümunələr yoxlanılıb və pozuntu aşkar edilməyib.

“Sosial şəbəkədə məlumat yayıldı ki, azyaşlı uşaq “Bakuriani Tsida”nın butulkasından maye içdikdən sonra xəstəxanaya yerləşdiriləsi olub. Nəzərinizə çatdırırıq ki, şirkətin dərhal reaksiyası nəticəsində konkret mağazada (bizdə olan məlumata görə, məhsul buradan alınıb) nümunələr yoxlanılıb və pozuntu aşkar edilməyib. Paralel rejimdə, hazırda şəbəkədə olan bütün partiyaların nümunələrini yoxlamışıq və bu nümunələrdə pozuntu aşkar edilmədiyini təsdiq edirik. Həmçinin, istehsal prosesinin tam texnoloji dövrü yoxlanılıb, bu da məhsula hər hansı yad maddələrin daxil olma ehtimalını aradan qaldırır” – “IDS Borjomi”nin bəyanatında deyilir.