İaşvili Klinikası - 120 uşağın zəhərlənmə səbəbilə xəstəxanada olmasına dair yayılan məlumat həqiqətə uyğun deyil, bu diaqnozla yalnız bir pasiyent müalicə olunur
İaşvili adına Mərkəzi Uşaq Xəstəxanası guya 120 uşağın klinikada olmasına dair sosial şəbəkədə yayılan məlumatla əlaqədar bəyanat yayır.
Bəyanatda qeyd olunduğu kimi, zəhərlənmə diaqnozu ilə xəstəxanada yalnız bir pasiyent müalicə olunur və zəhərlənmənin səbəbləri araşdırmadan sonra məlum olacaq.
“120 uşağın zəhərlənmə səbəbilə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında olmasına dair sosial şəbəkədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu günə olan vəziyyətə görə, xəstəxanamızda ehtimal olunan zəhərlənmə diaqnozu ilə yalnız bir pasiyent müalicə olunur. Zəhərlənmənin səbəbləri müvafiq orqanlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olacaq. Bu mərhələdə uşağın vəziyyəti stabildir” – İaşvili Klinikasının bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, Milli Qida Agentliyi uşağın ehtimal ki, sudan zəhərlənməsi ilə əlaqədar araşdırmaya başlayıb. Bununla əlaqədar “IDS Borjomi” şirkəti bəyanat yaydı. Bəyanatda qeyd olunduğu kimi, nümunələr yoxlanılıb və pozuntu aşkar edilməyib.