İaqo Xviçia - Tsulukianinin bəyanatı yanlış idi, məzmun etibarilə fədakarlığın əhəmiyyətini və tanınmasını istisna edir, bu səhvdir və üzr istəməyi tələb edir
İaqo Xviçia - Tsulukianinin bəyanatı yanlış idi, məzmun etibarilə fədakarlığın əhəmiyyətini və tanınmasını istisna edir, bu səhvdir və üzr istəməyi tələb edir

 

Yanlış bəyanat idi, məzmun etibarilə fədakarlığın əhəmiyyətini və tanınmasını istisna edir – bu barədə “Qirçi” partiyasının liderlərindən biri İaqo Xviçia parlamentin vitse-spikeri, parlamentin istintaq komissiyasının sədri Tea Tsulukianinin bəyanatını dəyərləndirərkən deyib.

Tea Tsulukiani aprelin 11-də bəyan edib, “Qiorqi Antsuxelidze bu gün niyə evində deyil? Mənim mübarizə yoldaşlarımla birlikdə bu sualı verməyə haqqım var. Mənə bu sualı verməyi kim qadağan edəcək? Heç kim. Hər bir uşağın valideyninə kiminsə PR-ı üçün mənasız qurban getmiş şəkildə yox, evdə ehtiyacı var. Bu halda, mən Saakaşvilini nəzərdə tuturam.”

İaqo Xviçia deyib, “Belə bir bəyanat, əgər qəsdən deyilməyibsə, səhvdir və üzr istəməyi tələb edir”.

“Yanlış bəyanat idi, məzmun etibarilə fədakarlığın əhəmiyyətini və tanınmasını istisna edir. Məncə, onun bəyanatında fədakarlığın da insan hüququ olması ilə bağlı dəqiq təsəvvür yoxdur, kiminsə bunu öz siyasi PR-ı üçün istifadə etdiyini deyəndə və sair kimi hallarda sanki insanın öz həyatını fəda etməsi görməməzlikdən gəlinir. Sanki qəhrəman heç nə etməyib, sadəcə kimsə onu qurban verib. Belə bir bəyanat, əgər qəsdən deyilməyibsə, səhvdir və üzr istəməyi tələb edir”- İaqo Xviçia bildirib.