İaqo Xviçia Tbilisidə "Qirçi"nin merliyə namizədi olacaq
İaqo Xviçia Tbilisidə "Qirçi"nin merliyə namizədi olacaq

 

“Qirçi” Tbilisi merliyinə namizədi irəli sürüb. 4 oktyabr yerli özünüidarəetmə seçkilərində İaqo Xviçia partiyanın namizədi olacaq.

Herman Sabo Tbilisi merliyinə namizədi təqdim edib. O, İaqo Xviçianın praymeriz vasitəsilə namizəd kimi seçildiyini deyib.

Bundan başqa, Herman Sabo Tbilisi Şəhər Məclisi üzvlüyünə üç namizədi də irəli sürüb – Dato Pancakidze; Qiorqi Qvenetadze; Eka Oniani.

Xatırladaq ki, “Gürcü Arzusu” – Kaxa Kaladzeni, “Lelo” və “Qaxaria Gürcüstan Naminə” İrakli Kupradzeni Tbilisi merliyinə namizəd olaraq artıq irəli sürüblər.