İaqo Xviçia - Küçəyə çıxmağın üçün daha bir səbəb, uğursuzluğa məhkum edilmiş daha bir aksiya, etirazın başında yenidən yanlış insanlar dayanacaq
Küçəyə çıxmağın üçün daha bir səbəb, lakin eyni zamanda uğursuzluğa məhkum edilmiş daha bir aksiya, çünki əvvəldən məlumdur ki, etirazın başında yenidən yanlış insanlar dayanacaq – bu haqda “Qirçi”nin lideri İaqo Xviçia sosial şəbəkədə yazır.
Xviçianın yazdığı kimi, “yalnız sağlam düşüncəli insanların müzakirəsində xalqın hansı ideyanı və hansı formada izləyəcəyi ortaya çıxacaq”.
“Yəqin ki, indi buna heç nə kömək etməyəcək, çünki gürcü xalqı bu səhv olanlara legitimlik verib. Nəyisə dəyişmək istəyirikmi? Biz mediadan və siyasi zibildən imtina etməli, mühiti təmizləməli və indi “vyetnamlı” siyasətçilər və jurnalistlərlə bloklanan sağlam düşüncənin ictimai müzakirəyə daxil edilməsini tələb etməliyik. Yalnız sağlam düşüncəli insanların müzakirəsində xalqın hansı ideyanı və hansı formada izləyəcəyi ortaya çıxacaq. Bu müzakirədə KİV sahibi olan siyasi qüvvələrin qalib gələcəyinə heç bir zəmanət yoxdur, hərçənd Xazaradzenin dahi, Qvaramianın qəhrəman olduğu indiki media rejimi ilə kənardan nə qədər dəstək alsaq da, heç nə alınmayacaq. Lakin, artıq təsdiqlənmiş şəkildə bilirik ki, nə qədər ki, ictimai məkan kollektiv “İnqa Qriqoliyalar” tərəfindən zəbt olunub, nəyinsə alınması mümkün deyil. “Kotsoba” artıq 12 ildir ki, bunun üzərində dayanıb və xalqın özü bundan qəti və başa düşülən şəkildə imtina etməyənə qədər dayanacaq” – İaqo Xviçia yazır.