İalğucanın ərazisində Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin yeni, müasir standartlı bazası açılıb
İalğucanın ərazisində Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin yeni, müasir standartlı bazası açılıb.
Baş nazir İrakli Kobaxidze və daxili işlər naziri Vaxtanq Qomelauri bazanın ərazisinə səfər ediblər.
İrakli Kobaxidze və Vaxtanq Qomelauri yeni tikilmiş bazanın infrastrukturuna, işçilərin iş və yaşayış sahələrinə, yenilənmiş avtoparka, müasir texnika və avadanlıqlara, həmçinin yeməkxana və idman zallarına baxış keçiriblər.