“HƏMAS” İsrailli girovu azad edib, İsrailin Müdafiə Qüvvələri və təhlükəsizlik xidməti azad edilən girovun İsrail ərazisində olduğunu təsdiqləyib
“HƏMAS” İsrailli girovu azad edib, İsrailin Müdafiə Qüvvələri və təhlükəsizlik xidməti azad edilən girovun – qadın əsgər Aqam Berqerin İsrail ərazisinə keçdiyini təsdiqləyib.
20 yaşlı girov Qəzzanın şimalında yerləşən Cabalia bölgəsində olub, Qırmızı Xaç onu təhvil alıb və sonra İsrailin hərbi qüvvələrinə verib.
İsrail və “HƏMAS” arasında bağlanmış atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girovun azad edilməsi planlaşdırılır, əvəzində isə təxminən 1900 fələstinli məhbus azad ediləcək. Bu gün ümumilikdə üç girovun azad edilməsi planlaşdırılır. Artıq yeddi girov azad edilib.