HƏMAS-ın bu gün İsrailin fələstinli məhbusları azad etməsi müqabilində üç israilli girovu azad edəcəyi gözlənilir
HƏMAS-ın bu gün İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi müqabilində üç israilli girovu azad edəcəyi gözlənilir. Bu barədə BBC məlumat yayıb.
Mətbuatda yayılan xəbərlərə görə, HƏMAS artıq açıqlanacaq israillilərin kimliklərini açıqlayıb.
Xəbərlərə görə, müqabilində 369 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Onlardan 36-sı ömürlük həbs cəzası çəkir, 333-ü isə HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra həbs edilib.
Məlumat üçün bildirək ki, bu həftənin əvvəlində Həmas İsraili atəşkəs şərtlərini pozmaqda ittiham edib və girovları azad etməyəcəklərini açıqlayıb. Buna cavab olaraq İsrail, girovların azad edilmədiyi təqdirdə Qəzzaya hücumları bərpa edəcəyini bəyan edib.