“HƏMAS” dörd girovun cəsədini İsrailə verib

10:34, 27.02.2025

 
“HƏMAS” dörd girovun cəsədini İsrailə verib. “BBC”nin yazdığı kimi, İsrail cəsədlərin “HƏMAS” tərəfindən 2023-cü ilin 7 oktyabr hücumları zamanı qaçırılmış Şlomo Mansur, Ohad İahalom, Tsaçi İdan və İtsxak Elqarata aid olduğunu təsdiqləmək üçün DNT nümunələrini yoxlayır.

İsrail mübadilə çərçivəsində qaytarılan 4 cəsəd üzərində aparılan DNT testlərinin nəticələrini hələlik təsdiqləməyib.

Girovların cəsədləri müqabilində İsrail cümə axşamı səhər saatlarında 600-dən çox fələstinli məhbusu azad etməyə başlayıb, onlarla insan artıq işğal altındakı İordan çayının qərb sahilinə və xalq tərəfindən şüarlarla qarşılandıqları Qəzzaya qayıdıb.

Bu, martın 1-də başa çatmalı olan atəşkəs razılaşmasının birinci mərhələsinin yekun mübadiləsi olacaq. Atəşkəs razılaşmasının birinci mərhələsində “HƏMAS” 25 canlı girov və 8 girovun cəsədini İsrailə verib. Bunun müqabilində “HƏMAS” 1900-ə yaxın fələstinli məhbusu alıb.

Oxşar