„Husilər“ qruplaşması daha bir strateji əhəmiyyətli liman şəhəri Dübabı ələ keçirib

14:36, 11.09.2026

Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi „Husilər“ qruplaşması Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən daha bir strateji əhəmiyyətli liman şəhərini ələ keçirib.
Yəmən hökumətinin iki nümayəndəsinin „Reuters“ agentliyinə verdiyi məlumata görə, üsyançı qruplaşma Yəmənin Dübab liman şəhərinə nəzarəti ələ keçirib.

Medianın məlumatına görə, „Husilər“ artıq boğaz boyunca yerləşən sahilyanı şəhərlər üzərində tam nəzarəti ələ keçirməyə yaxınlaşır və Yəmənin Qırmızı dəniz sahillərinin bütün zolağını nəzarətə götürməyə çalışırlar.

Bununla yanaşı, sentyabrın 10-da Yəmən husiləri ölkənin qərbində yerləşən liman şəhəri Moğanı ələ keçiriblər. Bundan əvvəl, sentyabrın 8-də Yəmən husiləri Səudiyyə Ərəbistanına hücum edib, nəticədə 73 nəfər yaralanıb. Bundan sonra beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti müttəfiqləri ilə birlikdə „Husilər“ qruplaşmasına qarşı hücuma keçib.

Qeyd edək ki, „Husilər“ Yəmənin şimal-qərb hissəsinə nəzarət edən yəmənli qruplaşmadır. „Husilər“ özlərini „Ənsar Allah“ adlandırır və İranla sıx əlaqələrə malikdir. Qruplaşma son illərdə strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazında hərəkət edən gəmilərə tez-tez hücumlar həyata keçirir.

Oxşar