“Husi”lər Ər-Riyadda və Qırmızı dəniz sahilində yerləşən energetika obyektlərinə dronlar və ballistik raketlərlə zərbələri onların endirdiyini bəyan edirlər
Screenshot
İran tərəfindən dəstəklənən “Husi”lər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda və Qırmızı dəniz sahilində yerləşən energetika obyektlərinə dronlar və ballistik raketlərlə zərbələri onların endirdiyini bəyan edirlər.
Səudiyyə Ərəbistanı rəhbərliyinin məlumatına əsasən isə, onlar sentyabrın 19-da Ər-Riyad istiqamətində buraxılan ballistik raketi zərərsizləşdiriblər.
Rəsmi qurumlar tələfat barədə məlumat verməyiblər.
Hadisəyə ABŞ Dövlət Departamenti münasibət bildirib.
Bəyanatda qeyd olunub ki, amerikalılar uçuşların ləğvi ehtimalına və digər bu kimi səyahət ləngimələrinə hazır olmalıdırlar.
“İran tərəfindən dəstəklənən “Husi”lər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlara qoşulublar, bu mülki aeroportları da əhatə edir. Bu hərbi münaqişənin sürətlə şiddətlənmə potensialı var” — rəsmi qurum yazır.
“Husi”lərin ordusunun mətbuat katibi Yəhya Saria baş verənlərlə bağlı çox sayda ballistik və qanadlı raketlərlə, həmçinin dronlarla strateji cəhətdən mühüm obyektlərə zərbələr endirdiklərini bildirib.
Məlumat üçün bildirək ki, sentyabrın 18-də Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyad ətrafında potensial təhlükə ilə bağlı telefon xəbərdarlığı yayıb. Sentyabrın 19-da isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş verən partlayışlardan sonra hava limanının yaxınlığında yanğın baş verib.