Humanitar yardım şəklində, İsveç Ukraynaya əlavə 23 milyon dollar ayıracaq
Humanitar yardım şəklində, İsveç Ukraynaya əlavə 23 milyon dollar ayıracaq

Humanitar yardım şəklində, İsveç Ukraynaya əlavə 23 milyon dollar ayıracaq, – bu barədə Ukrayna Donorlar Konfransında İsveç baş naziri, Maqdalena Anderson bəyan etdi.

İsveç lideri, Polşada keçirilən konfransın ev sahiblərindən biridir.

Maqdalena Andersonun Ukrayna Donorlar Konfransında bəyan etdiyinə görə, Ukraynaya humanitar və maliyyə yardımı, eləcə də hərbi avadanlıq təcili lazımdır.

“Biz buraya Ukrayna xalqına qarşı həmrəylik əlaməti olaraq toplaşdıq. Bu insanlar böyük ədalətsizlik və işgəncə qarşısındadılar. Çıxışımı Odessalı 11 yaşlı İliyanın UNECEF-ə dediyi sözlərlə başlamaq istəyirəm: “Mən qorxurdumş Partlayışlar eşidirdim. Hər an raket evimə düşə bilərdi və hamı ölə bilərdi”. Bu bir çox ifadələrdən biridir. Bunu heç bir uşaq keçirməməlidir. Rusiya tərəfindən Ukraynaya qarşı təxribatsız və əsassız, geniş miqyaslı aqressiyanın başalamasından sonra, Avropa əvvəlki kimi deyil. Ukraynadan gələn oxşar partlayış bizə Avropa tarixinin ən dəhşətli anlarını, heç kimin heç vaxt yaşamayacağını düşündüyümüz vəhşilikləri xatırladır. Cənab baş nazir Şmiqal, icazə verin, Ukrayna xalqının cəsarətinə ən böyük heyranlığımı ifadə edim və mən bu müharibədən əziyyət çəkən bütün Ukraynalılara bütün qəlbimlə yanaşıram. Biz minnətdarıq ki, bu gün buradasınız və prezident Zelenski virtual olaraq bizə qoşulacaq. Həmkarımın dediyi kimi, Ukrayna bu müharibədə qalib gələcək və biz sizin yanınızda olacağıq. Bu gün biz, Ukrayna xalqı ilə kollektiv həmrəyliyimizi nümayiş etdiririk. Şadam ki, biz birlikdə bu mühüm təşəbbüsü həyata keçirə bilərik”, – Anderson bəyan etdi.

O, həmçinin ev sahibi ölkənin, Polşa hakimiyyətinin və xalqının Ukraynaya dəstəyindən, eləcə də Ukraynanın müharibədən sonrakı bərpasından danışdı.