"Hüquqlar Gürcüstan" adlı təşkilat Əfqan Muxtarlıya zərər çəkmiş statusu verdi
“Hüquqlar Gürcüstan” adlı təşkilat Azərbaycanlı jurnalist Əfqan Muxtarlıya zərər çəkmiş statusunu verdi və işin kvalifikasiyasını dəqiqləşdirdi, – Bu haqda məlumatı “Hüquqlar Gürcüstan” təşkilatı yayır.
“İstintaqın başladığından dörd il sonra, “Hüquqlar Gürcüstan” təşkilatı, vəkil Arçil Çopikaşvili tərəfindən prokurorluğa təqdim edilən vasitəçiliyi qəbul edildi və 2017-ci ildə, Tbilisidən oğurlanan və Azərbaycan tərəfində verilən jurnalist Əfqan Muxtarlıya zərər çəkmiş statusu verildi.
Bununla yanaşı, işin kvalifikasiyası da dəqiqləşdirildi və indiyə qədər, Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsi ilə aparılan istintaq, artıq 143-cü maddənin üçüncü hissəsi ilə aparılacaq, hansı ki, qrup tərəfindən əvvəlcədən planlaşdırılaraq, insan oğurlamağı nəzərdə tutur.
Əfqan Muxtarlının işi ilə bağlı istintaq onun 2021-ci ilin aprelin 7-də, Almaniyadan Gürcüstana gəlib, istintaqla əməkdaşlıq etmək istədiyini bildirdikdən sonra yenidən başladı”, – deyilir təşkilatın bəyanatında.
Aprelin 9-da, Əfqan Muxtarlı vəkili Arçil Çopikaşvilinin iştirakı ilə prokurorluqda dindirildi. Aprelin 15-də, istintaq eksperimenti keçirildi və onun qaçırıldığı marşrut yoxlanıldı.
Əfqan Muxtarlıyı 2017-ci ildən bu günə qədər Tbilisi İnsan Hüquqları Evi və “Hüquqlar Gürcüstan” təşkilatı, sadəcə yerli səviyyədə deyil, Avropa məhkəməsində də müdafiyə edir.