Hüquq-mühafizə orqanlarının əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi ittihamı ilə iki nəfəri saxlayıblar
Hüquq-mühafizə orqanlarının əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi ittihamı ilə iki nəfəri saxlayıblar

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi ittihamı ilə 1997-ci il təvəllüdlü D.C.-ni və əvvəllər məhkumluq həyatı yaşamış 2004-cü il təvəllüdlü Z.P.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan N.Ğ.-ni Tbilisidə hostellərdən birinə aldadaraq aparıblar və orada onların hər ikisi yetkinlik yaşına çatmayan qıza zor tətbiq edərək, bir neçə dəfə cinsi zorakılıq ediblər.

Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, hüquq-mühafizə orqanlarının əməkdaşları onların hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.