Hüquq-mühafizə orqanlarının əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan bir nəfəri saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları azyaşlıya qarşı qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan bir nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində yaranan münaqişə zamanı yetkinlik yaşına çatmayan şəxsə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
“Yaralanan azyaşlı müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən qismində saxlayıblar. Polis cinayətin törədildiyi aləti – bıçağı maddi sübut kimi götürüb.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında qeyd olunub.