Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Rustaveli prospektində qaz kapsulundan istifadə edilməsindən sonra Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu xəsarət alıb
Rustaveli prospektində polis tədbirləri zamanı, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qaz kapsulundan istifadə edilməsindən sonra Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu xəsarət alıb.
Təcili yardım həkimləri tərəfindən yerindəcə jurnalist Teo Xubulava, operatorlar Levan Kartvelişvili və Badri Qamreklaşviliyə tibbi yardım göstərilib.
Hazırda Birinci Kanalın çəkiliş qrupu özünü yaxşı hiss edir və aksiyadan işləməyə davam edir.

