Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs dostuna onlayn hərrac vasitəsilə avtomobil alınması və onun Gürcüstana gətirilməsində kömək edəcəyini vəd edib. Bu bəhanə ilə ondan külli miqdarda pul alıb, lakin vədini yerinə yetirməyərək zərərçəkmişə məxsus 16 min 800 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, məhkəmə qərarı əsasında həmin şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.