Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Hava Limanında 20 kiloqrama qədər “marixuana”nı ələ keçiriblər, xarici ölkə vətəndaşı saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birlikdə keçirdikləri əməliyyat tədbiri və istintaq hərəkətləri nəticəsində, 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.S.-ni narkotik cinayəti ittihamı ilə saxlayıblar.

O, xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlamaqda və xüsusilə külli miqdarda narkotik vasitəni Gürcüstana qanunsuz olaraq gətirməkdə ittiham olunur.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında təqsirləndirilən şəxsin baqajının yoxlanılması nəticəsində 34 bağlamaya bükülmüş 19 kiloqram və 400 qram narkotik vasitə “marixuana”nı maddi sübut kimi ələ keçiriblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi və 262-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndi ilə aparılır.