Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin yaxınlığında davam edən etiraz aksiyasını dağıtmaq üçün su şırnağından istifadə etməyə başlayıblar
Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin yaxınlığında davam edən etiraz aksiyasını dağıtmaq üçün su şırnağından istifadə etməyə başlayıblar

 
Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin qarşısında davam edən aksiyada etirazçılara qarşı su şırnağından istifadə edirlər. Vətəndaşlara su şırnağından istifadə ediləcəyi barədə əvvəlcədən xəbərdarlıq edirdilər.

Etirazçılar xüsusi təyinatlı dəstəyə qarşı pirotexniki vasitələrdən istifadə edir, müxtəlif əşyalar atırlar.

Hazırda su şırnağı avtomobili Cicinadze küçəsində dayanıb və vətəndaşlara dağılışmaq barədə xəbərdarlıq edir.

Bununla yanaşı, bir neçə dəqiqə əvvəl Daxili İşlər Nazirliyi bəyanat yayıb və bəyanatda qeyd olunub ki, “Rustaveli prospektində davam edən aksiya dinc toplaşmaq hüququnun çərçivəsindən kənara çıxıb, buna görə də Daxili İşlər Nazirliyi parlamentə bitişik ərazini təmizləmək üçün zorakılıq törədən qrupun üzvlərinə qarşı qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcək”.