Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə Çin Xalq Respublikasının iki vətəndaşını saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxslərin aviareyslərin biri ilə səyahət zamanı təyyarənin göyərtəsində olan iki sərnişinə məxsus 7 800 ABŞ dollarını və 4 450 avronu qanunsuz olaraq ələ keçirdikləri müəyyən edilib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “isti izlər”lə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxslərin kimliyini tezliklə müəyyən ediblər və onları hava limanının ərazisindəcə təqsirləndirilən şəxslər qismində saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış pulu maddi sübut kimi götürüblər. İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin dördüncü hissəsi ilə aparılır, bu da 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.