Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıblar, müxtəlif növ xüsusilə külli miqdarda narkotik vasitə götürülüb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, əldə edilməsinə və saxlanılmasına cəhd, Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərdən birinə qarşı keçirilən əməliyyat tədbirləri çərçivəsində xaricdən onun adına göndərilən bağlamanın nəzarətli çatdırılmasını həyata keçiriblər. Bağlamadan dəlil kimi xüsusilə külli miqdarda narkotik vasitə, o cümlədən tərkibində “tetrahidrokanabinol” olan 200-dək kapsul müsadirə edilib.
İkinci təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Tbilisi Beynəlxalq Hava Limanında saxlanılıb. Onun əl yükünün yoxlanılması zamanı polis tərəfindən dəlil kimi tərkibində “metadon” və “buprenorfin” olan narkotik vasitələr müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı və 262-ci maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.