Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Baş Detektivlər İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənə vəfat etmiş həyat yoldaşının məzarını üzləməyi vəd edib. Təqsirləndirilən şəxs külli miqdarda pulu qanunsuz yolla ələ keçirmək məqsədilə zərərçəkəndən 10 300 lari alıb, lakin vəd etdiyi işləri yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində həmin şəxsi məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.