Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər, bir nəfər saxlanılıb

12:49, 13.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə bir nəfəri saxlayıblar.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərinə və yaşadığı evə baxış keçirilməsi, eləcə də istintaq eksperimenti zamanı onun göstərdiyi yerlərdən sübut kimi satışa hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər.

Götürülən narkotik vasitələr arasında “kokain”, “alfa-PVP”, həmçinin çəkisi 50 qrama qədər olan və 48 bağlamada qablaşdırılmış “mefedron” da olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da götürülüb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvart (260¹) maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar