Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz şəkildə gətirilməsi faktının qarşısını alıblar, bir nəfər saxlanılıb
Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı – 1958-ci il təvəllüdlü M.A.-nı saxlayıblar.
Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ”Sarpi” buraxılış məntəqəsinin ərazisində, təqsirləndirilən M.A.-nın idarə etdiyi sərnişin avtobusunun baqajında xüsusi skaner vasitəsilə xüsusilə külli miqdarda — 150 qrama qədər narkotik vasitə “kokain”i aşkar ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır.