Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıblar, bir nəfər saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıblar, bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatında, polisin “Sarpi” sərhəd buraxılış məntəqəsinin ərazisində narkotik cinayəti ittihamı ilə 1987-ci il təvəllüdlü R.A.-nı saxladığı deyilir.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində axtarış zamanı tərkibində “buprenorfin” narkotik vasitəsi olan həbləri sübut olaraq götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.