Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz şəkildə gətirilməsi faktının qarşısını alıblar, bir nəfər saxlanılıb
Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz şəkildə əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.
Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında təqsirləndirilən şəxsin əl yükünün yoxlanılması əsnasında narkotik vasitə və psixotrop maddə tərkibli həbləri maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri ilə aparılır.