Hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpolun “Qırmızı bülleten”i ilə axtarışda olan iki xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpolun “Qırmızı bülleten”i ilə axtarışda olan Türkiyə Respublikasının iki vətəndaşını saxlayıblar.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, saxlanılan şəxslər Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlər törətdiklərinə görə İnterpolun “Qırmızı bülleteni” ilə axtarışda idilər.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri nəticəsində axtarışda olan şəxsləri müxtəlif vaxtlarda Batumidə saxlayıblar.
Hazırda hər iki saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.