Hüquq-mühafizə orqanlarının əməkdaşları qrup halında törədilmiş oğurluq, soyğunçuluq və soyğunçuluğa cəhd ittihamı ilə yetkinlik yaşına çatmamış altı nəfəri saxlayıblar, onların üçü əvvəllər məhkum olunub

11:57, 22.09.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan qrup tərəfindən törədilmiş oğurluq, soyğunçuluq və soyğunçuluğa cəhd ittihamı ilə yetkinlik yaşına çatmamış altı nəfəri saxlayıblar, onların üçü əvvəllər məhkum olunub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət işi üzrə kompleks şəkildə aparılan istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, yetkinlik yaşına çatmayan şəxslər müxtəlif vaxtlarda, qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsul və pul vəsaiti aparıb, bundan sonra hadisə yerindən qaçıblar.

“Cari istintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri götürülüb, bununla da təqsirləndirilən şəxslərin cinayət əməlləri təsdiqlənir.

Müəyyən edilib ki, yetkinlik yaşına çatmayanlardan biri vətəndaşa məxsus motosikleti, digəri isə mikroavtobusu qaçırıb. Saxlanılanlardan bir yeniyetmə isə xarici ölkə vətəndaşına hücum nəticəsində ona məxsus mobil telefonu qanunsuz olaraq ələ keçirib.

Yetkinlik yaşına çatmayanların törətdikləri cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə və fiziki şəxslərə ümumilikdə 30 000 laridən çox maliyyə ziyanı dəyib.

Polis keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində yetkinlik yaşına çatmamış altı nəfərin hamısını hakimin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci, 178-ci və 19-178-ci maddələri ilə aparılır, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar