Hüquq-mühafizə orqanlarının əməkdaşları Qoridə iki nəfərin bıçaqlanması işi üzrə şübhəli şəxsi saxlayıblar

12:58, 31.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə bir nəfəri saxlayıblar. Bu barədə DİN məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, cari il iyulun 30-da Qoridə yerləşən kafelərdən birində tərəflər arasında yaranan mübahisə nəticəsində təqsirləndirilən şəxs soyuq silahla iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar”, – deyə məlumatda qeyd olunur.

DİN-in məlumatına görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır. Həmin maddə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar