Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ğazbeqi” gömrük məntəqəsində külli miqdarda psixotrop maddənin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıblar, xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Ğazbeqi Rayon İdarəsinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları, külli miqdarda psixotrop maddənin Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ğazbeqi” gömrük-buraxılış məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin üzərində və baqajına baxış keçirərkən, maddi sübut kimi tərkibində “Pregabalin” psixotrop maddəsi olan 84 kapsulu götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə aparılır, bu da 5 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.