Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz odlu silah və döyüş sursatı götürüblər. Beş nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti, İmereti, Şida Kartli, Raça-Leçxumi və Kvemo Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə beş nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı müxtəlif növ odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb.
Götürülənlər arasında iki avtomat, beş tapança, daraqlar və onlarla döyüş patronu da var.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri ilə aparılır. Sözügedən maddə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.