Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə külli miqdarda narkotik vasitələri ələ keçiriblər, altı nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Batumidə müxtəlif vaxtlarda altı nəfəri saxlayıblar, onların arasında üç xarici ölkə vətəndaşı var.
Daxili İşlər Nazirliyinin məlumatında, hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqsirləndirilən şəxslərin üzərində, müvəqqəti yaşadıqları mənzillərdə və avtomobildə apardıqları axtarış nəticəsində maddi sübut kimi müxtəlif növdə narkotik vasitələri, o cümlədən 1 kiloqramdan çox “qurudulmuş marixuana” və 400 qrama yaxın sintetik narkotik maddəni müsadirə etdikləri deyilir.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.