Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlının təsvirini əks etdirən pornoqrafik materialı bilərəkdən əldə etmə, saxlama, sahib olma və yayma ittihamı ilə bir yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar

11:09, 06.08.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları həyata keçirilən polis tədbirləri nəticəsində azyaşlının təsvirini əks etdirən pornoqrafik materialın bilərəkdən əldə edilməsi, saxlanılması, sahiblik edilməsi və yayılması ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkə istifadəçilərinin açıq profillərindən müxtəlif şəxslərə, o cümlədən azyaşlılara aid fotoşəkilləri yükləyib. Daha sonra həmin görüntüləri xüsusi proqram təminatından istifadə etməklə dəyişdirərək, azyaşlının təsvirini əks etdirən pornoqrafik material formasına salıb və təhqiramiz mətnlərlə birlikdə sosial şəbəkələrdən birində yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən kompleks istintaq tədbirlərindən sonra şübhəli şəxsi təqsirləndirilən şəxs qismində Tbilisidə saxlayıblar.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Bu maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar