Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın iştirakçısı, İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü Lika Basilaia-Şavqulidzeni saxlayıblar
Hüquq-mühafizə orqanlarının əməkdaşları Rustaveli prospektində etiraz aksiyasının iştirakçılarından birini, İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü Lika Basilaia-Şavqulidzeni saxlayıblar.
Lika Basilaia-Şavqulidze inzibati qaydada saxlanılıb.
Xatırladaq ki, təxminən saat 20:00-dan Rustaveli prospektinə toplaşan etiraz aksiyasının bir neçə iştirakçısı avtomobil yolunu bağlayıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın 20-dək iştirakçısını inzibati qaydada saxlayıblar. Qurumun məlumatına əsasən, polis yolu qanunsuz olaraq bağlamaq cəhdində bilavasitə iştirak edən şəxsləri saxlayıb.
2022-ci ildə “Milli Hərəkat”ın kvotası ilə Lika Basilaia-Şavqulidzeni İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü seçiblər.