Hüquq-mühafizə orqanlarının əməkdaşları Acarada iki kiloqram “metadon”u ələ keçiriblər, iki xarici ölkə vətəndaşı saxlanılıb

11:57, 12.11.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Xelvaçauri rayon idarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qrup şəklində, qanunsuz əldə edilməsi-saxlanılması və satışına dəstək göstərilməsi ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə təqsirləndirilən şəxslərin üzərində axtarış apararkən xüsusilə külli miqdarda – iki kiloqram “metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.

“Polis narkotik cinayətində qrup halında iştirak edən iki nəfəri təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda qeyd olunub.

Oxşar