Hüquq-mühafizə orqanları təxminən bir kiloqrama qədər “kokain” müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb

12:07, 04.05.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına şərait yaradılması ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü A.A.-nı saxlayıblar.

Nazirliyin məlumatına görə, polis tərəfindən təqsirləndirilən şəxsin üzərinə və müvəqqəti yaşadığı mənzilə baxış zamanı satış üçün hazırlanmış xüsusilə külli miqdarda – bir kiloqrama qədər “kokain” narkotik vasitəsi maddi sübut kimi götürülüb.

Bununla yanaşı, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da müsadirə edilib.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar