Hüquq-mühafizə orqanları Prezident sarayının ərazisində olan aksiyanın iştirakçılarını xəbərdar edirlər ki, dağılsınlar, əks halda qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək
Daxili İşlər Nazirliyi səs siqnalı vasitəsilə Prezident sarayının ərazisində olan aksiyanın iştirakçılarını xəbərdar edir ki, dağılsınlar, əks halda vətəndaş sülhünü bərqərar etmək məqsədilə onların barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək və onlara çağırış edilir ki, uşaqları, qadınları və qocaları ərazidən uzaqlaşdırsınlar.
Bundan əvvəl, aksiyanın bir hissəsi sarayın ərazisinə daxil olub, saray binasının baryerlərinə ziyan vurub və binaya girməyə cəhd edib.
Polis mütəmadi olaraq aksiyanın iştirakçılarına qarşı su şırnağından istifadə edir.
Bundan əlavə, bir qədər əvvəl DİN də bəyanat yaydı və qeyd etdi ki, aksiya qanunla müəyyən olunmuş çərçivəni aşıb və bütün iştirakçılara polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırış etdi, əks halda müvafiq tədbirlər görüləcək.