Hüquq-mühafizə orqanları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşı saxlanılıb.
Saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında ağır kateqoriyalı narkotik cinayətinin törədilməsinə görə axtarılırdı.
Hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.