Hüquq-mühafizə orqanları Gürcüstana külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsinin qarşısını alıb, xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında saxlanılan şəxsin üzərinə və baqajına baxış keçirərkən, psixotrop maddə olan 200 ədəd “Pregabalin” həbi maddi sübut kimi götürüblər.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə aparılır. Bu maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.