Hüquq-mühafizə orqanları Gürcüstana xüsusilə böyük miqdarda psixotrop maddələrin qanunsuz gətirilməsinin qarşısını alıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana xüsusilə böyük miqdarda psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanması və gətirilməsi faktının qarşısını alıblar. Polis tərəfindən 1997-ci il təvəllüdlü G.G. saxlanılıb.
Hüquq-mühafizə orqanları Tbilisi Beynəlxalq Aeroportunda təqsirləndirilənin əl yükünü yoxlayarkən, xüsusilə böyük miqdarda psixotrop maddə olan “ketamin” tərkibli 9 litrədək maye maddəni sübut kimi götürüblər. Maye 10 plastik butulka içərisində paylanmışdı.
İstintaq Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri üzrə aparılır, bu maddələr 12 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.