Hüquq-mühafizə orqanları 1 107 bağlama narkotik maddə aşkarlayıb, iki nəfər saxlanılıb

12:14, 20.04.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları narkotik vasitələrin qrup halında qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım ittihamı ilə 1986-cı il təvəllüdlü İ.Q. və 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.Q.-ni saxlayıblar.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanları Rustavidə təqsirləndirilən şəxslərin üzərinə və yaşayış evinə baxış zamanı, həmçinin müxtəlif yerlərdən sübut kimi satış üçün hazırlanmış külli miqdarda — 1 107 bağlama narkotik vasitə, “bio” adlı maddəni aşkarlayıb və götürüblər.

Polis tərəfindən, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar — yapışqan lentlər, elektron tərəzilər və polietilen kilidli paketlər də müsadirə edilib.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260 və 260¹ maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar