Hüquq müdafiəçisi qrupun məlumatına görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən hava zərbələri nəticəsində İranda həlak olanların sayı 3 100-ü ötüb, onların arasında 210 uşaq var
Hüquq müdafiəçisi qrupun məlumatına görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən hava zərbələri nəticəsində İranda həlak olanların sayı 3 100-ü ötüb, onların arasında 210 uşaq var

ABŞ və İsrail tərəfindən həyata keçirilən hava zərbələri nəticəsində İranda həlak olanların sayı 3 100-ü ötüb.

Bu barədə məlumatı ABŞ-da yerləşən hüquq müdafiəçisi qrup HRANA yayıb.

Qrupun bəyanatına görə, fevralın 28-dən etibarən İranda 3 186 nəfər həlak olub. Onların arasında 1 394 mülki şəxs, azı 210 uşaq və 1 153 hərbi qulluqçu var.

Bununla yanaşı, 639 nəfərin ölümü ilə bağlı dəqiq məlumat hələlik məlum deyil.

Eyni zamanda, İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin hava zərbələri nəticəsində İranda 18 000-dən çox mülki şəxs yaralanıb, on minlərlə mülki obyektə ziyan dəyib.