Hüquq müdafiəçiləri Rustaveli prospektində saxlanılan bir neçə şəxsi Zahesinin təcridxanasında ziyarət ediblər
Hüquq müdafiəçiləri Rustaveli prospektində saxlanılan bir neçə şəxsi Zahesinin təcridxanasında ziyarət ediblər

 
Hüquq müdafiəçiləri Rustaveli prospektində saxlanılan bir neçə şəxsi Zahesinin təcridxanasında ziyarət ediblər.

Saxlanılmış Qiorqi Kinkladzenin vəkili Lekso Arkanianın dediyi kimi, Kinkladzenin gözü zərər görüb və görməkdə çətinlik çəkir, eləcə də fiziki xəsarətlərin izi qeydə alınır.

Onun sözlərinə əsasən, saxlanılan şəxsin ona dediyi kimi, xüsusi təyinatlılar tərəfindən Rustaveli metrosunun yaxınlığında olarkən və dostları ilə birlikdə evə qayıdarkən saxlanılıb.

Vəkil məhkəmə tibbi ekspertizasının keçirilməsini tələb edir və Xüsusi İstintaq Xidmətini araşdırmaya çağırır.

Bununla yanaşı, daha bir saxlanılmış şəxsin, ODFI qeyri-hökumət təşkilatının vəkili Qiorqi Daviturinin vəkili Natalia Axaladze Daviturinin xüsusi təyinatlılar tərəfindən döyüldüyünü və gözə çarpan xəsarətlərin olduğunu bildirib.

Natalia Axaladze bildirib ki, saxlanılan şəxsin ona dediyi kimi, DİN-in əməkdaşları onu saxlanılma zamanı döyüblər.

Axaladze bildirib ki, Daviturini Rustaveli prospekti yaxınlığında, Qriboedov küçəsində saxlayıblar və onun tərəfindən xüsusi təyinatlılara müqavimət göstərilməyib.