Hüquq Komitəsində Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşmə başladı
Gürcüstan Parlamentinin Hüquq Komitəsində Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşmə prosesi başladı.
Deputatlar bu gün ilk namizədi, Tamar Alaniyanı dinləyirlər.
Dinləmənin başlamasına qədər komitə söhbətləşmə formatını və prosedurunu təsdiq etdi.
Prosedur ilə namizədin təqdimatı olacaq, sonra namizədin 5 dəqiqəlik məruzəsi olacaq, bundan sonra isə, söhbətləşmə prosesi başlayacaq.