Hubert Knirş – Gürcüstanın, əsas məqsədi əhalidə hakimlərə və sistemə inam yaratmaq olan məhkəmə islahatına ehtiyacı var

12:59, 01.07.2021

Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirşin sözlərinə görə, Gürcüstanın məhkəmə sistemində islahatlar aparılmalıdır.

Onun sözlərinə görə, islahatın əsas məqsədi əhalinin hakimlərə və bu sistemə inamının olmasıdır.

Səfirin sözlərinə görə, hakimlərin təyin edilməsi prosesi elə aparılmalıdır ki, heç kim qərəzlilikdən şübhələnməsin.

“Artıq ölkənin məhkəmə sistemində islahatlar aparması lazım olduğuna dair münasibətimizi bildirdik. Təyinat qaydasına gəldikdə, onu deyə bilərəm ki, bu islahatın əsas məqsədi əhalidə hakimlərə və bu sistemə inamının yaradılmasıdır. Hər şey elə edilməlidir ki, heç bir vətəndaş qərəzlilikdən şübhələnməsin. Hakimlər elə təyin olunmalıdır ki, vətəndaşlar bu sistemə mütləq inansınlar ki, haqları və ədalət tətbiq ediləcək” , – deyə Hubert Knirş bəyan etdi.

 

Oxşar