HRANA-nın məlumatında İranda 6 aprel hücumlarında 49 mülki şəxsin həyatını itirdiyi, 58 nəfərin yaralandığını deyilir
HRANA-nın məlumatında İranda 6 aprel hücumlarında 49 mülki şəxsin həyatını itirdiyi, 58 nəfərin yaralandığını deyilir

 

ABŞ-da təsis edilən İran İnsan Haqları Agentliyi HRANA son 24 saat ərzində İrana edilən hücumların son on gün ərzində ən güclü hücumlar olduğuna dair məlumat verir.

Onların məlumatında hücumlarda 49 mülki şəxsin həyatını itirdiyi, 58 nəfərin yaralandığını deyilir. İrana ABŞ-İsrail hücumlarının başlamasından bəri isə ölkədə ən azı 3500 nəfər həyatını itirib, o cümlədən 1665 nəfər mülki şəxsdir.

Aprelin 6-da bütün ölkə miqyasında bir neçə hücum həyata keçirilib, o cümlədən Baharestandakı yaşayış binasına, Tehranın Şərif Universitetinə və cənubi Buşer əyalətində Asaluiedə yerləşən neft-kimya zavoduna hücumlar olub.