Hörmüz boğazında mərmi düşməsi nəticəsində yük gəmisi alovlanıb. Bu haqda məlumatı “CNN” yayır.
“Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları” təşkilatının məlumatına əsasən, gəmi kömək istəyib və ekipaj təxliyə edilib.
Gəmi Musandam yarımadasından təxminən 11 dəniz mili şimalda olub.
“Gəmilərə ehtiyatla hərəkət etmələrini və istənilən şübhəli fəaliyyət barədə məlumat vermələrini məsləhət görürük” – təşkilatın bəyanatında deyilir.
Bu gün Birləşmiş Ərəb Əmirlikləri sahili yaxınlığına mərmi düşməsindən sonra daha bir gəmi zərər gördüyünü bəyan edib.