Hörmüz boğazı-da Çin neft tankerinə hücum edilib
Hörmüz boğazı-da Çin neft tankerinə hücum edilib

Hörmüz boğazı-da Çin neft tankerinə hücum edilib.

Yayılan məlumata görə, tankerdə Çin ekipaj üzvləri olub. Hücum nəticəsində heç kim xəsarət almayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, neft tankerinə hücum 4 may tarixində baş verib.

Nazirliyin sözçüsü Lin Cian bildirib ki, Çin münaqişə səbəbindən çox sayda gəminin və ekipaj üzvlərinin boğazda qaldığından dərin narahatlıq keçirir.

Çin tərəfi hesab edir ki, boğazda dəniz nəqliyyatının mümkün qədər tez bərpası və mülki gəmilərin və ekipajların təhlükəsizliyinin təmin edilməsi region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət edir.

“Çin bütün tərəfləri Hörmüz boğazında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün praktiki addımlar atmağa çağırır. Çin atəşkəsin əldə olunması, sülh danışıqlarının təşviqi və boğazda vəziyyətin deeskalasiyası üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır”, – deyə Lin Cian bildirib.